Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib

Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib
  21 Yanvar 2026    Oxunub:1219
Yanvarın 20-də Rusiyanın Ukraynanın Donetsk, Sumı və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 15 adam isə yaralanıb.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Donetsk Hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin Osıkova kəndində bir nəgəri öldüyünü, daha yeddi dinc sakinin isə yaralandığını bildirib. O, dəqiqləşdirib ki, regionda qurbanların ümumi sayına Mariupol və Volnovaxadakı itkilər daxil deyil.

Sumı Vilayət Hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Rusiya ordusunun bölgədə 16 icmanın 31 yaşayış məntəqəsinə 80-ə yaxın zərbə endirdiyini açıqlayıb. Üç nəfər yaralanıb: Belopolska icmasında 42 yaşlı qadın və 21 yaşlı kişi, Qluxovska icmasında isə 63 yaşlı kişi. Yanvarın 17-də Sumı icmasına hücum zamanı yaralanan 32 yaşlı qadın da həkimə müraciət edib. Qriqorovun sözlərinə görə, yaralananların hamısı ambulator müalicə alır.

Xarkov vilayətində 8 yaşayış məntəqəsi vurulub, 5 nəfər yaralanıb. Xarkov Vilayət Hərbi adminsitrasiyasının rəhbəri Oleq Sinegubov isə, Qusinka kəndində 41 yaşlı kişinin yaralanığını deyib. O, həmçinin vilayətin bir sıra rayonlarında evlərə və mülki infrastruktura ziyan dəydiyini bildirib.

Daha əvvəl Ukrayna KİV-ləri yanvarın 20-si axşam saatlarından etibarən Rusiya qüvvələrinin ölkə ərazisinə “İsgəndər-M” ballistik raketi və müxtəlif tipli 97 pilotsuz təyyarə ilə hücum etdiyini yazmışdılar. Məlumata görə, 84 pilotsuz uçan aparat zərərsizləşdirilib, lakin onlardan hədəflər çatan da olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti