Misirlə dini sahədə əməkdaşlıq müzakirə olunub
R. Məmmədov “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda keçirilən konfransı müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün səmərəli platforma kimi dəyərləndirərək, tədbirin Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmlənməsi, dini və elmi dialoqun genişlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.
Misirin müftisi Nazir Məhəmməd Ayad Dövlət Komitəsi sədrinin beynəlxalq konfransda iştirakını əməkdaşlığa verilən önəmin bariz göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanın dinlərarası dialoqun təşviqində, elmi və akademik müzakirələrdə fəal iştirak etməsi ölkəmizin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, bu çərçivədə Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


