Finlandiya NATO-nun təlimlərində iştirak edəcək
Onun sözlərinə görə, Finlandiya dövləti üçün alyans tərəfindən planlaşdırılan birgə təlimlərin birbaşa Finlandiya ərazisində keçirilməsi son dərəcə vacibdir.
Yanvarın 12-dən etibarən Finlandiyanın “Utti” alayına məxsus helikopterlər ölkənin cənubunda, Rusiya sərhədi yaxınlığında təlimlər keçirir. “NH90” və “MD500” helikopterlərinin təlim uçuşları Kümenlaakso bölgəsində həyata keçirilib.
2025-ci ilin noyabrında Finlandiyanın şimalında, Rusiya sərhədindən yüz kilometr məsafədə, “Northern Spike 225” adlı artilleriya təlimləri baş tutub. Təlimlərdə 2 mindən çox hərbçi və 500 ədəd hərbi texnika iştirak edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


