Tramp Putinə: "Cənubi Qafqazdan narahat qalma"

      Tramp Putinə:    "Cənubi Qafqazdan narahat qalma"
  22 Yanvar 2026    Oxunub:1213
"Vladimir Putin mənə zəng vurub dedi ki, Azərbaycan-Ermənistan münaqişəsini həll etdiyimə inana bilmir".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı əsnasında dilə gətirib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ona sözügedən 35 illik münaqişənin həlli üzərində, 10 ildir ki, çalışdığını söyləyib:
Paşinyan: "Bütün tərəflər "Tramp yolu"ndan razıdır"

"Mən isə bir gündə həll etdim. Putinə dedim ki, mənə yaxşılıq et, sən də öz müharibənin həllinə diqqət yetir. Azərbaycan-Ermənistan münaqişəsindən narahat qalma".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Cənubi-Qafqaz   Azərbaycan   Ermənistan  



Xəbər lenti