Vitkof Putinlə görüşəcək

 Vitkof Putinlə görüşəcək
  22 Yanvar 2026    Oxunub:1240
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Prezident Vladimir Putinlə görüşəcək.
Rusiya mətbuatının yaydığı məlumata görə, görüşə həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də qoşulacaq. Stiv Vitkof özü Davos İqtisadi Forumunda diqqətə çatdırıb ki, danışıqlar Rusiya tərəfinin təşəbbüsü ilə aparılacaq. Onun sözlərinə görə, son həftələr Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində mühüm irəliləyişlər qeydə alınıb:

Stiv Vitkof və Cared Kuşner keçən ay da Moskvaya getmiş, Prezident Donald Trampın sülh planını Rusiya tərəfinə çatdırmışdılar.

ABŞ nümayəndə heyəti hazırkı Moskva səfərinin ardınca Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə səfərə yollanacaq, Ukraynada sülh prosesi üzrə işçi qrupu səviyyəsində danışıqlar aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   danışıqlar  



Xəbər lenti