NATO üçün kim daha təhlükəlidir: Rusiya, yoxsa Çin?

   NATO üçün kim daha təhlükəlidir:    Rusiya, yoxsa Çin?
  22 Yanvar 2026    Oxunub:1214
Avropa və Kanadadan olan müttəfiqlər Ukraynaya yardım göstərməyə, o cümlədən ABŞ ilə fəal şəkildə alış-veriş aparmalıdırlar, çünki ABŞ hərbi yardımı davam etdirməyə hazırdır.
AzVision.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) “Ukrayna səhər yeməyi”ndəki çıxışında belə deyib. .

Rusiyanın NATO-nun əsas rəqib kimi qiymətləndirən blokun baş katibi, eyni zamanda, gücü artan Çinlə bağlı sadəlöhv olmamağa çağırıb.

Onun sözlərinə görə, Ukraynanın Qərb ölkələrindən hərbi dəstəyə, o cümlədən hava hücumundan müdafiə (HHM) qüvvələri üçün raketləri və dronları ələ keçirən qurğulara, ehtiyacı var. Bununla bağlı Rütte aropadakı müttəfiq ölkələrə və Kanadaya müraciət edərək onları Ukraynanı dəstəkləməyə çağırıb.

“Birləşmiş Ştatlar Ukraynaya ehtiyacı olduğu qədər hərbi texnika, xüsusilə avropalılar və kanadalılar tərəfindən ödənilən raket və dronları tutan qurğuları verməyə hazırdır. Biz bu axını qoruyub saxlamalıyıq, onun davam etməsini və Rusiya ilə mübarizənin əsas məsələsini gözdən qaçırmamalıyıq”, - Şimali Atlantika Alyansının baş katibi vurğulayıb.

Mark Rütte Ukraynanın Rusiya ilə belə bir mübarizə apardığını, lakin ona NATO-nun dəstəyinin vacib olduğunu bildirib. Çünki bu, həm də NATO-nun və Avropanın kollektiv təhlükəsizliyi ilə bağlıdır. Gündəmdə indi belə bir reallıqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Rusiya   Çin  



Xəbər lenti