Avropada qaz yenidən bahalaşır

Avropada qaz yenidən bahalaşır
  22 Yanvar 2026    Oxunub:2010
Londonun ICE birjasında qazın qiyməti 2025-ci il martın 21-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb.
AzVision.az Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, TTF indeksi üzrə avropanın Hollandiyadakı ən böyük habında fevral ayı üçün qaz fyuçersləri Bakı vaxtı ilə saat 11:00-da 1,1% azalma göstərərək min kubmetr üçün 469,6 dollarla açılıb.

Sövdələşmələrin ilk dəqiqələrində qiymət maksimum 505,3 dollara yüksələrək, 6,4% qazanc gətirib. Lakin sonrada korreksiya olunan qiymət trendi min kubmetr üçün əvvəlki günə olan 475 dollara düşüb.

Qazın qiymətindəki artım yanvarın 15-də fyuçers qiymətləri 400 dolları ötdükdən sonra nəzərə çarpmağa başlayıb. 2025-ci ildə qazın orta fyuçers məzənnəsi min kubmetr üçün 420 dolları keçib ki, bu da 2024-cü ilin göstəricisindən 9% çoxdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   qaz   bahalaşma  



Xəbər lenti