Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini deyib

Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini deyib
  22 Yanvar 2026    Oxunub:761
ABŞ və Ukrayna liderləri arasında İsveçrədə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüş yaxşı keçib.
AzVision.az “Sky News“a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Mənim Prezident Zelenski ilə görüşüm çox yaxşı keçdi. Hamı bu müharibənin bitməsini istəyir. Biz Rusiya ilə görüşürük. Prezident Putinlə danışıqlar aparacağıq”, - Donald Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Zelenski ilə görüşdə Ukraynanın Qəzza ilə bağlı yaradılan Sülh Şurasına qoşulub-qoşulmaması müzakirə edilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti