SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb

   SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
  22 Yanvar 2026    Oxunub:761
Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində SOCAR ilə İsveçrənin “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb.
AzVision.az xəbər verir ki, sənədə əsasən, tərəflər müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcəklər. Bu xüsusda, istehsal, daşınma və satış zəncirinin bütün mərhələlərini əhatə edən vahid və rəqəmsal nəzarət mexanizminin formalaşdırılması nəzərdə tutulur.

“SICPA SA” şirkəti ilə əməkdaşlıq yeni həllər, enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.

AzVision.az





Teqlər:



Xəbər lenti