Kremldə Putin-Uitkoff görüşü başlayıb I VİDEO

Kremldə Putin-Uitkoff görüşü başlayıb    I VİDEO
  23 Yanvar 2026    Oxunub:882
Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya tərəfindən danışıqlarda həmçinin prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev iştirak edirlər.

Bundan əvvəl Putin bildirmişdi ki, Amerika lideri Donald Trampın nümayəndələri ilə Rusiya-Ukrayna müharibəsinin başa çatması imkanlarını, həmçinin ABŞ-də dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolların Qəzza üzrə Sülh Şurasına yönəldilməsi imkanını müzakirə edəcək.

Bu görüşdən bir neçə saat əvvəl Tramp İsveçrənin Davos şəhərində Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. Daha sonra o baş tutan bir saatlıq söhbəti yaxşı adlandırıb və qeyd edib ki, bütün tərəflər sülhdə maraqlıdır.



Aygün Xankişiyeva
AzVision.az





Teqlər: Rusiya   görüş   Kreml   ABŞ  



Xəbər lenti