"Suriyanın şimal-şərqində 1000-ə yaxın ABŞ əsgəri var. Hökumətin tədbirləri nəticəsində "Suriya Demokratik Qüvvələri" dağıdılarsa, Vaşinqton bu ölkədə qoşun saxlamağa artıq ehtiyac duymayacaq. Bu çəkilmə ABŞ-nin 2014-cü ildə başlayan Suriya əməliyyatını başa çatdıracaq".
Xatırladaq ki, yanvarın 5-də separatçı Suriya Demokratik Qüvvələrinin Hələbin şərqində yerləşən polis məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç hərbçi xəsarət alıb. Nəticədə Suriya Ordusu separatçılara qarşı cavab zərbələri endirib.
|
| Türkiyə MN: "Dəməşqə dəstək verməyə hazırıq" |
2025-ci ilin dekabr ayının 22-də Türkiyə nümayəndə heyətinin: xarici işlər naziri Hakan Fidan, kəşfiyyat rəhbəri İbrahim Qalın və müdafiə naziri Yaşar Gülərin paytaxt Dəməşqə səfəri nəticəsində Hələbdə vəziyyət gərginləşib. 2025-ci ilin 10 martında Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə ilə separatçıların komandiri Məzlum Əbdi arasında qüvvələrin birləşdirilməsinə dair razılaşma imzalanıbsa da, bu istiqamətdə hər hansı konkret addım atılmayıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


