Tbilisi BBC-ni məhkəməyə verəcək

   Tbilisi BBC-ni məhkəməyə verəcək
  23 Yanvar 2026    Oxunub:1796
"Britaniyanın BBC telekanalı Tbilisidə etiraz aksiyalarının dağıdılması üçün kimyəvi maddə işlədilməsi iddiasına qarşı şikayətimizə cavab verməzsə, Britaniya hökumətinə və beynəlxalq məhkəmələrə müraciət göndərəcəyik".
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Koxabidze yerli "İmedi" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, rəsmi Tbilisi BBC-yə göndərdiyi şikayət məktubuna cavab gözləyir.

Məlumat üçün diqqətə çatdıraq ki, BBC 2024-cü ildə Tbilisidə hökumət əleyhinə etiraz aksiyalarının yatırılmasında Gürcüstan hökumətinin bromobenzil sianid (gözyaşardıcı qaz) işlətdiyi iddiasını irəli sürən hesabat yaymışdı. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti iddia üzrə təhqiqat aparıb, bu ay isə BBC-yə rəsmi şikayət göndərilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Gürcüstan   BBC   iddia   məhkəmə  



Xəbər lenti