The Times: "Qrenlandiya dəftərində Rusiya və Çinin adları yoxdur"

    The Times:  "Qrenlandiya dəftərində Rusiya və Çinin adları yoxdur"
  23 Yanvar 2026    Oxunub:1898
"ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən dünən müzakirəsi aparılan Qrenlandiya çərçivə sazişində 5 əsas məqam nəzərə çarpır".
Britaniyanın "The Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, çərçivə sazişi 1951-ci il "Qrenlandiya Müdafiə Müqaviləsi"nin yenilənməsi deməkdir. Beləliklə, ABŞ adada öz hərbi mövcudluğunu ciddi dərəcədə artıracaq:

"Sazişdə nəzərə çarpan məqamlara adada NATO-nun komandanlıq mərkəzinin qurulması, həmçinin Rusiya və Çinin adaya investisiya qoymalarının yasaqlanması daxildir. Ümumiyyətlə, adları çəkilən ölkələrin Qrenlandiyada layihələrə qoşula bilməyəcəkləri xüsusi rejim yaradılacaq".

Qəzetin məlumatına əsasən, ABŞ, eyni zamanda, adada mineral hasilatı üçün prioritet hüquq qazanacaq. Sazişdə ada satılacağı təqdirdə də Vaşinqtona üstünlük verən bənd var.
The Telegraph: "ABŞ Qrenlandiyada hərbi bazaları tutacaq"

Məlumat üçün xatırladaq ki, Qrenlandiya Danimarka daxilində muxtariyyətə və daxili siyasətə malikdir. ABŞ Prezidenti Donald Tramp keçən il ikinci dəfə prezident seçildiyi gündən bəri bu adanın ilhaqına çalışır. Danimarka hökuməti isə belə bir addımla qətiyyən razılaşmır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   NATO   Qrenlandiya   Rusiya   Çin   saziş  



Xəbər lenti