BMT-nin 21 əməkdaşı həlak olub

BMT-nin 21 əməkdaşı həlak olub
  23 Yanvar 2026    Oxunub:1809
2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT əməkdaşı - 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.
Bu rəqəmlər BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü yaydığı hesabatda yer alıb.

Hesabatda deyilir ki, buraya təşkilatın Qəzza müharibəsi zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən törədilən hücumların hədəfi olmayıb.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşının həlak olduğu bildirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti