Narkotikdən istifadə edən sürücü saxlanılıb

Narkotikdən istifadə edən sürücü saxlanılıb
  24 Yanvar 2026    Oxunub:1693
Paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə Yol Polis Xidmətinin bölüyünün əməkdaşları tərəfindən tutulub.
AzVision.az Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına istinadən xəbər verir ki, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən Elyar Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.

Eyni qanunazidd əməli təkrar törətdiyinə görə Elyar Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

AzVision.az




Teqlər: BDYPİ   sürücü   narkotik  



Xəbər lenti