ABŞ-də qar fırtınası: 230 mindən çox ev işıqsız qalıb

 ABŞ-də qar fırtınası: 230 mindən çox ev işıqsız qalıb
  25 Yanvar 2026    Oxunub:560
ABŞ-də qar fırtınası nəticəsində 230 mindən çox abunəçi işıqsız qalıb.
AzVision.az "Poweroutage" saytına istinadən xəbər verir ki, ümumi elektrik kəsintisi sayı 230 327 olub. Ən çox kəsinti Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb.

ABŞ-nin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, Şərqi Texasdan Şimali Karolinaya qədər olan bölgədə güclü qar və təhlükəli buzlaşma gözlənilir. Ən azı 21 ştatda fövqəladə vəziyyət elan olunub.


Aygün Xankişiyeva
AzVision.az



Teqlər: ABŞ   elektrikkəsintisi  



Xəbər lenti