Pentaqon gizli strategiyasını açıqladı

      Pentaqon    gizli strategiyasını    açıqladı
  25 Yanvar 2026    Oxunub:2138
Pentaqon ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasının məxfi versiyasını dərc edib. Sənəddə əsas prioritet kimi ABŞ-nin ərazisinin müdafiəsi göstərilsə də, xaricdə hərbi qüvvələrin saxlanması da əksini tapıb.
Birləşmiş Ştatların Milli Təhlükəsizlik Strategiyasının 4 əsas istiqaməti var:
• ABŞ ərazisinin qorunması;
• Hind-Sakit Okean regionunda Çinin qarşısının kəsilməsi;
• Müttəfiqlərin təhlükəsizliyinin möhkəmləndirilməsi;
• Hərbi sənayenin inkişafı.

Sənəddə Qrenlandiya ABŞ ordusunun nəzarət etməli olduğu həlledici ərazisi kimi göstərilib. Ukrayna münaqişəsinin həllinin əsasən Avropanın işi olduğu göstərilir. Qeyd olunur ki, NATO ölkələrinin hərbi potensialı Rusiyadan üstündür. Eyni zamanda, Rusiyanın dünyada ən böyük nüvə arsenalına malik olduğu vurğulanır və əlavə edilir ki, ABŞ nüvə qüvvələrini inkişaf etdirəcək.

Strategiyaya görə, İran nüvə silahına sahiblənmək cəhdlərini davam etdirəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Pentaqon  



Xəbər lenti