Zelenski Lukaşenkonun əsəblərini sınağa çəkir
O, Ukrayna prezidentinə demokratik Belarusa verdiyi dəstəyə görə təşəkkür edib. Müxalifət lideri həmçinin Belarusda siyasi məhbusların azad edilməsi prosesində göstərdikləri köməyə görə Zelenskiyə və onun administrasiyasına minnətdarlığını bildirib.
Keçən ilin sonunda Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-nin bəzi sanksiyalarının ləğvi müqabilində siyasi cinayətlərdə təqsirli bilinən 123 nəfəri azad edib.
Eyni zamanda, siyasi məhbusların əksəriyyəti, o cümlədən, tanınmış siyasətçilər Aleksandr Babariko və Mariya Kolesnikova, həmçinin Nobel mükafatı laureatı Ales Bialyatski Belarusdan Ukraynaya aparılıb.
Xatırladaq ki, Polşa və Litva prezidentləri ilə görüşmək ümün Volodimir Zelenski yanvarın 25-də Vilnüsə gedib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zelenski Tixanovskaya Belarus







Vaxtında, Aydın, Lazımlı!


