İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  26 Yanvar 2026    Oxunub:841
26-30 yanvar tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a məlumat verilib. Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti