Tramp geri addım atıb
“İstənilən atışmadan xoşum gəlmir. Eyni zamanda, kiminsə etiraza getməsi və onun üstündə iki dolu güllə darağı ilə çox güclü, tam dolu silahı olması mənim xoşuma gəlmir”, - Donald Tramp vurğulayıb.
Bundan əlavə, Donald Tramp immiqrasiya məmurlarının sonda Minneapolisdən geri çağırılacağını bildirib.
- Nə vaxtsa biz buradan gedəcəyik. Onlar fenomenal iş görüblər. Biz orada maliyyə fırıldaqlarını araşdırmaq üçün başqa bir qrup insanı saxlayacağıq”, - Ağ Evin rəhbəri deyib.
Amerika lideri həmçinin Kaliforniya ştatında sosial sahədə fırıldaqların miqyasının Minnesotadakından əhəmiyyətli dərəcədə böyük ola biləcəyini ehtimal edib.
Xatırladaq ki, Donal Tramp bundan əvvəl etirazçıya atəş açan ICE əməkdaşlarını qeyd-şərtsiz dəstəklədiyini açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp Minneapolis geri







Vaxtında, Aydın, Lazımlı!


