Berlində dəbdəbəli otelin yaxınlığında atışma olub

Berlində dəbdəbəli otelin yaxınlığında atışma olub
  26 Yanvar 2026    Oxunub:847
Berlinin Tirqarten rayonunda, “InterContinental” hotelinin yaxınlığında yerləşən yaşayış binasında baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Vihmannştrasse küçəsindəki mənzildə güllə yarası almış 5 nəfər tapılıb, onlardan ikisinin həyatı təhlükə altındadır. Polis hadisənin təfərrüatlarının dəqiqləşdirildiyini və istintaqın davam etdiyini bildirib.

“Hüquq-mühafizə orqanlarının bir neçə potensial şübhəlini hadisə yerində saxladığı ehtimal olunur. Atışma beşinci mərtəbədəki mənzildə baş verib, lakin hadisənin təfərrüatları hələlik məlum deyil”, - nəşr yazır.

Yaralılardan biri təkbaşına ən yaxın tibb müəssisəsinə çata bilib. Vəziyyəti ağır olan daha bir qadına, bir kişiyə və daha iki yaralıya hadisə yerində tibbi yardım göstərilib, sonradan onlar xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın girişləri silahlı polis tərəfindən qorunur və hadisə yerinin ətrafı hələ də mühasirəyə alınıb. Yanğınsöndürmə qrupları hadisə yerində işlərini davam etdirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berlin   hotel   atışma  



Xəbər lenti