Amnistiya aktı 12 mindən çox şəxsə tətbiq edilib
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad edilənlər arasında yer alıb. Amnistiya tətbiq olunmuş şəxslərdən 1.021-i böyük ictimai təhlükə törətməyən, 10.502-si az ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 11.761-i kişi (onlardan 17-si yetkinlik yaşına çatmayan şəxslərdir), 575-i isə qadındır. Amnistiya aktının icrası davam edir.
AzVision.az
Teqlər: amnistiya







Vaxtında, Aydın, Lazımlı!


