Binədə oğrular saxlanılıblar

Binədə oğrular saxlanılıblar
  26 Yanvar 2026    Oxunub:1069
Xəzər rayonunda yaşayan 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7 min manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin AzVision.az -a verilən məlumata əsasən, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.

Araşdırmalar zamanı R.Məlikovun ötən ilin noyabr ayında S.Mahmudovla birgə Binə qəsəbəsində obyektlərin birindən məişət və elektronika avadanlıqları oğurladıqları məlum olub. R.Məlikov oğurlanan əşyaların satılmasından əldə edilən pulun bölgüsünün düzgün olmadığını əsas gətirərək qisas almaq məqsədilə S.Mahmudova məxsus evdən oğurluq etdiyini bildirib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti