Ramin Rzayev: "Çağırışçılar peşəkar mütəxəssislər tərəfindən müayinə edilir"

      Ramin Rzayev:    "Çağırışçılar peşəkar mütəxəssislər tərəfindən müayinə edilir"
  26 Yanvar 2026    Oxunub:1094
"Posmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətləri göstərilib".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib. Onun sözlərinə görə, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edilib

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesindən bəhs edən Ramin Rzayev bildirib ki, 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir:

"Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar".

AzVision.az


Teqlər:



Xəbər lenti