67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb

67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb
  26 Yanvar 2026    Oxunub:1213
Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib.
AzVision.az Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması olub.

Bildirilib ki, qərar qəbul edilərkən əcnəbilərin Azərbaycan ilə hüquqi bağlılığı, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.


Teqlər: miqrasiya  



Xəbər lenti