Agentlik sədri: "Peşə hazırlığında sahələr artırılacaq"

      Agentlik sədri:    "Peşə hazırlığında sahələr artırılacaq"
  27 Yanvar 2026    Oxunub:1221
"Azərbaycanın özünəməşğulluqla bağlı layihəsi digər ölkələrə nümunə olaraq göstərilməkdədir".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2025-ci ildə 18 mindən çox şəxs peşə hazırlığında cəlb edilib:

"Onların 11 mindən çoxu qadınlardır. Bu kurslarda 175 prioritet peşə əsas götürülüb. O baxımdan, müvafiq sayda təkminlləşdirmələr aparılacaq, peşə sahələri artırılacaq".

AzVision.az


Teqlər: Əmək   Məşğulluq   ƏƏSMN  



Xəbər lenti