Hərbçilərimiz BƏƏ-də təlimdə iştirak edəcəklər

Hərbçilərimiz BƏƏ-də təlimdə iştirak edəcəklər
  27 Yanvar 2026    Oxunub:1482
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.

"Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimi 2-3 fevral tarixlərində keçiriləcək.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti