Sabahın hava proqnozu
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


