"2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək"

   "2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək"
  27 Yanvar 2026    Oxunub:1174
Dünya İqtisadi Forumunun işlərin gələcəyi ilə bağlı hesabatına görə, 2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, süni intellekt bəzi mütəxəssislərin işini görəcək: "Peşələr transformsiya ediləcək. Süni intellektlə bağlı, Aİ dizayner, promter və s. işlər üzrə artıq vakansiyalar qoyulur. İnsan amili texniki istiqamətlər üzrə azala bilər. Dünya üzrə 2017-ci ildən bəri doğulan uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatanda hansı işlə məşğul olacağı məlum deyil".

AzVision.az


Teqlər:



Xəbər lenti