Növbəti köç karvanı Zəngilana çatıb

Növbəti köç karvanı Zəngilana çatıb
  27 Yanvar 2026    Oxunub:1544
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
AzVision.az xəbər verir ki, bu mərhələdə Məmmədbəyliyə Bakıdan 14 ailə (74 nəfər), Abşerondan 4 ailə (20 nəfər), Sumqayıtdan 1 ailə (6 nəfər), Sabirabaddan 1 ailə (3 nəfər) olmaqla cəmi 20 ailə (103 nəfər) köçürülüb. Köçənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Zəngilan RİH-nin nümayəndələri tərəfindən yola salınıblar. Onlar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və yaşayış sahələrində yerləşdirilmələri ilə bağlı zəruri tədbirlər görüləcək.

AzVision.az


Teqlər: Böyük-Qayıdış  



Xəbər lenti