Qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub

Qohumunun evindən pul və qızıl oğurlayan qadın tutulub
  27 Yanvar 2026    Oxunub:1112
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini bir nəfər polisə müraciət edərək, yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti