Fox News: “ABŞ ərazisində müharibə mümkündür”
ABŞ-nin yenilənmiş Milli Müdafiə Strategiyasında ölkə ərazisində müharibə ehtimalı müasir silahlardan istifadə təhlükəsi ilə əlaqələndirilir.
“Son illərdə birbaşa hərbi təhdidlərin sayı artıb, o cümlədən nüvə, eləcə də müxtəlif növ adi zərbələr və kosmos, kiber və elektromaqnit müharibəsi aparmaq qabiliyyəti”, – telekanal sənəddən sitat gətirir.
“Fox News” qeyd edir ki, Pentaqonun strategiyasında ABŞ-nin təhlükəsizliyinə təhdidlərin artdığı və müharibə üsullarının dəyişdiyi vurğulanır, ona görə də silahlı qüvvələrin tam hazır olması lazımdır.
Yanvarın 24-də dərc edilən ABŞ-nin Milli Müdafiə Strategiyasında Rusiya “davamlı, lakin idarə oluna bilən” təhlükə adlandırılır.
Pentaqon öz strategiyasında vurğulayır, ABŞ-nin Avropadakı müttəfiqləri iqtisadi və demoqrafik göstəricilərə, deməli həm də hərbi potensiala görə Rusiyanı üstələyir. Bu baxımdan, Ukrayna münaqişəsi Avropanın məsuliyyəti zonasına aiddir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


