"Pinterest" süni intellektə görə işçilərini çıxarır
Bildirilir ki, ixtisarlar sentyabrın sonunadək davam edəcək və təxminən 700 nəfəri əhatə edəcək. Şirkət rəhbərliyi bu addımı üç transformasiya təşəbbüsü ilə əsaslandırıb.
"Pinterest" resursları süni intellekt yönümlü, yeni texnologiyaların iş proseslərinə inteqrasiyasına töhfə verən əməkdaşların xeyrinə yenidən bölüşdürməyi planlaşdırır. Eyni zamanda, platforma süni intellekt əsasında qurulan məhsullara üstünlük verməyi hədəfləyir.
Şirkət rəhbərliyinin fikrincə, işçi sayının azaldılması satış strategiyasının transformasiyasını da sürətləndirəcək. Yenidənqurma "Pinterest"ə təxminən 35–45 milyon dollar vəsaitə başa gələcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


