Almaniya kansleri: "Avropa oyandı"

 Almaniya kansleri:  "Avropa oyandı"
  27 Yanvar 2026    Oxunub:512
Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) Qrenlandiya ilə bağlı danışıqlarda əldə olunan uğura mühüm töhfə verdiyini bildirib və “Avropa oyanıb” ifadəsini işlədib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Merts bu fikirləri Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsenlə keçirdiyi görüşdən sonra səsləndirib.

O qeyd edib ki, Avropa daxilində formalaşan birlik danışıqların müsbət nəticələnməsində həlledici rol oynayıb.

Kansler Almaniyanın NATO üzrə tərəfdaş kimi Yüksək Şimal bölgəsinin təhlükəsizliyinin təmin olunması üçün daha güclü səylər göstərəcəyini vurğulayıb. Bu mövqeyini o, Frederiksen və Nilsenə açıq şəkildə çatdırdığını bildirib.

Almaniya hökumət mənbələrinin məlumatına görə, görüş “Welt” qəzetinin təşkil etdiyi qapalı İqtisadi Zirvə Toplantısı çərçivəsində baş tutub. Merts Avropanın bu məsələdə daha fəal və birlik içində hərəkət etdiyini xüsusi olaraq qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti