Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

   Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
  28 Yanvar 2026    Oxunub:2369
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasının X sosial mediasında səhifəsi yaradılıb.
Səhifədə Sülh Şurası təsisçi üzv kimi Azərbaycanı salamlayıb. Azərbaycanla yanaşı səhifədə Sülh Şurasına üzv olan digər ölkələrə dair salamlama posterləri də yerləşdirilib.

Xatırladaq ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisiçi üzvlərindən biri olub.

AzVision.az


Teqlər: Qəzza   Azərbaycan   ABŞ  



Xəbər lenti