Suriya Prezidenti Moskvaya gedib

   Suriya Prezidenti Moskvaya gedib
  28 Yanvar 2026    Oxunub:1263
Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə gəlib.
Rusiya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, o, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, tərəflər ölkələr arasında qarşılıqlı əməkdaşlıq, Yaxın Şərqdəki cari vəziyyət, eyni zamanda, Rusiya hərbçilərinin Suriyada mövcudluğu, onların bu ölkədən çıxarılmaları məsələsi ilə əlaqədar müzakirələr aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   Rusiya   prezident   səfər   görüş  



Xəbər lenti