Ərdoğandan Trampa təklif

Ərdoğandan Trampa təklif
  29 Yanvar 2026    Oxunub:1567
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.
AzVision.az hakimiyyətyönlü “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğan yanvarın 27-də Amerika lideri Donald Trampla telefon danışığında ABŞ, İran və Türkiyə arasında, videokonfrans formatında mümkün zirvə görüşünün keçirilməsinə çağırıb.

“Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir”, - qəzetin icmalçısı Hande Fırat yazır.

“Hürriyet” həmçinin qeyd edir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Türkiyəyə səfəri çərçivəsində həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Lakin səfərin konkret tarixi açıqlanmayıb.

Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar. Onlar İranla bağlı son hadisələri və regionda gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Tramp   İran  



Xəbər lenti