Masazırda yol qismən bağlanacaq

Masazırda yol qismən bağlanacaq
  29 Yanvar 2026    Oxunub:1261
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata əsasən, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir.

AzVision.az


Teqlər: yol   təmir  



Xəbər lenti