"Buta Farm" "Birbank"ın ən aktiv partnyorları sırasında
"Birbank" sadiqlik proqramı çərçivəsində aparılan bu cür qiymətləndirmələr partnyorların xidmət səviyyəsinin yüksəldilməsini və istifadəçilərə əlavə üstünlüklərin təqdim olunmasını təşviq edir. "Buta Farm" MMC-nin bu nailiyyəti həm müştəri məmnuniyyətinin, həm də etibarlı xidmət anlayışının gücləndirilməsinə töhfə verir.
Qeyd edək ki, ölkə üzrə geniş aptek şəbəkəsi olan "Buta Farm" MMC dərman preparatları, vitaminlər və sağlamlıq məhsullarının satışını və əlçatanlığını təmin edir. Müasir xidmət yanaşması və peşəkar əczaçı heyəti ilə seçilən BUTA aptekləri müştərilərin gündəlik sağlamlıq ehtiyaclarını etibarlı və rahat şəkildə qarşılamağa imkan yaradır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


