FT: “Vaşinqtonla kanadalı separatçılar arasında gizli görüşlər olub”
“ABŞ azad və müstəqil Alberta ideyasından çox ruhlanıb. Mən özüm isə Kanadanın baş naziri Mark Karnidən daha çox Tramp administrasiyası ilə güclü əlaqələrə malikəm”, - gizli danışıqlarda iştirak edən APP-nin hüquq məsləhətçisi Ceff Ratt vurğulayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü qurumun mütəmadi şəkildə Kandanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyünü təsdiqləsə də, onların qarşısında heç bir öhdəlik götürmədiyini iddia edib.
Görüşlərin baş tutduğunu təsdiqləyən Ağ Ev, öz növbəsində, bu məsələdə kanadalı separatçılara heç bir dəstək vermədiyini vurğulayıb.
ABŞ-nin maliyyə naziri Scott Bessentin mövqeyi ilə tanış olan mənbənin sözlərinə görə, nə Bessentin, nə də digər xəzinədarlıq rəsmilərinin kredit təklifindən xəbəri yoxdur və onlar bu məsələni müzakirə etmək niyyətində deyillər.
Qeyd edək ki, neftlə zəngin olan Kanadanın Alberta əyaləti Amerika bazarında ən böyük xarici neft mənbəyidir.
- APP nümayəndələri ilə Tramp administrasiyası arasında görüşlər Vaşinqton və Ottava arasında münasibətlərdə gərginliyin artması fonunda keçirilir. Davosda keçirilən Dünya İqtisadi Forumunda (DİF) tənqidi çıxışında Kanadanın baş naziri Mark Karni ABŞ ilə qarşıdurmada Qrenlandiyaya dəstəyini bildirdi. Bundan sonra isə Tramp yaratdığı Sülh Şurasına Kandanın dəvətini geri götürdüyünü açıqladı”, - qəzet xatırladır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Kanada separatçılar







Vaxtında, Aydın, Lazımlı!


