Masallıda üçəm dünyaya gəlib | FOTOLAR

Masallıda üçəm dünyaya gəlib |    FOTOLAR
  29 Yanvar 2026    Oxunub:586
Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub.
AzVision.az xəbər verir ki, tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın 24.01.2026-cı il tarixində tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

Pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim-mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.

Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.


AzVision.az


Teqlər: Masallı   üçəm   TƏBİB  



Xəbər lenti