Xameneyi Trampın təklifi ilə razılaşmayıb

   Xameneyi Trampın təklifi ilə razılaşmayıb
  29 Yanvar 2026    Oxunub:1561
İranın ali dini lideri Əli Xameneyi ABŞ prezidenti Donald Trampın İslam Respublikasının uranın zənginləşdirilməsini mərhələli şəkildə dayandırmaq təklifini faktiki olaraq rədd edib.
AzVision.az xəbər verir ki, “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. Qəzet xatırladır ki, İranın ali lideri bundan əvvəl də Trampın bu təklifinin Tehranın milli müstəqillik prinsiplərini pozduğunu demişdi.

“Biz Amerikaya və digər tərəflərə deyirik: Siz niyə müdaxilə edirsiniz və Tehranın uranı zənginləşdirib- zənginləşdirməməsinə qərar verməyə çalışırsınız? Bunun sizə dəxli yoxdur”, - ayətullah Əli Xameneyi yanvarın 28-də etdiyi çıxışında vurğulayıb.

Tramp: “İran ətrafında vəziyyət dəyişkəndir”
İran rəhbərliyi hələlik rəsmi Vaşinqtona cavab verməyib. Qəzetin mənbəsinin sözlərinə görə, təklif barədə imtian gözləyən Vaşinqton bu həftənin sonunda danışıqları davam etdirməyə hazırdır.

İran parlamentinin sədri Mühəmməd-Bager Qalibaf isə “CNN” telekanalına müsahibəsində Vaşinqtonun əslində öz iradəsini Tehrana qəbul etdrimək niyyyətində olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 27-də Amerika lideri Donald Tramp, öz növbəsində, “Axios” portalına müsahibəsində ABŞ-nin Yaxın Şərqə “kütləvi armada” göndərdiyini, Tehranın isə həqiqətən razılığa gəlməkdə maraqlı olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   ABŞ   imtina  



Xəbər lenti