Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Nazirlərin İrana qarşı qəbul etdikləri yeni sanksiyalar paketi bu ölkədəki etirazların zorakılıqla yatırılmasında iştirak edən 20 şəxs və quruma qarşı yönəlib. Həmin şəxslərin arasında daxili işlər naziri Eskandar Momeni, baş prokuror Məhəmməd Movahhedi-Əsəd və təhlükəsizlik polisinin rəhbəri Seyyed Məcid Feyz Cəfəri də var.
Yeni qərara əsasən, Aİ vətəndaşlarına və şirkətlərinə bu şəxslərə maliyyə vəsaiti təqdim etmək qadağan olunur. Həmçinin sanksiyaya məruz qalan şəxslərin Aİ-yə giriş qadağan edilib. Bundan əlavə, Aİ-dən İrana ixracı qadağan edilən malların siyahısının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu il İslam İnqilabından sonra şiə hakimiyyət sistemini qorumaq məqsədilə yaradılıb. Ölkə daxilində böyük nüfuza malik olan bu qurum iqtisadiyyatın və silahlı qüvvələrin geniş sahələrinə, eləcə də İranın raket və nüvə proqramlarına nəzarət edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


