Aİ Rusiyaya qarşı XX sanksiya paketini qəbul etməyə hazırlaşır

Aİ Rusiyaya qarşı XX sanksiya paketini qəbul etməyə hazırlaşır
  29 Yanvar 2026    Oxunub:647
Avropa İttifaqı (Aİ) fevralın 24-nə - Rusiyanın Ukraynaya qarşı tam miqyaslı hərbi müdaxiləsinin dördüncü ildönümünə qədər Rusiyaya qarşı XX sanksiya paketini razılaşdırmağı və təsdiqləməyi hədəfləyir.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proses hələ tamamlanmayıb, çünki bir çox təkliflər nəzərdən keçirilir, o cümlədən dəniz xidmətlərinə və lüks əşyaların ixracına qadağa və Rusiya gübrələrinin idxalına məhdudiyyətlər.

"Biz bunu fevralın 24-nə qədər tamamlamağa çalışırıq. Qeyd edilənlərdən əlavə, enerji sahəsində məhdudiyyətlərin tətbiqi üzrə təkliflər də var, bütün bunlar masa üzərindədir. Hələlik razılığa gəldiyimizi deyə bilmərəm, iş davam edir", - Kallas bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti