Tramp: “Putin Ukraynaya zərbələri dayandırıb”

      Tramp:    “Putin Ukraynaya zərbələri dayandırıb”
  30 Yanvar 2026    Oxunub:1441
Yanvarın 29-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ağ Ev əməkdaşları aparatının rəhbəri Syuzan Uilsə Rusiya prezidenti Vladimir Putinin adının çəkildiyi naməni açıq şəkildə təqdim edib.
AzVision.az Ağ Evin mətbuat xidmətinin nümayəndəsinə istinadən xəbər verir ki, bu, prezident kabinetinin iclası zamanı Amerika lideri Donald Trampın çıxışında Ukraynada nizamlanma və Rusiya ilə qarşılıqlı əməkdaşlıq məsələsinə toxunmasından sonra baş verib.

“Moskva Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin müəyyən zərbələrini bir həftə müddətinə dayandırmağa razılaşıb”, - Donald Tramp hökuməıtin iclasında iddia edib.

Bir neçə saat sonra belə bəyanatları Ağ Evdə keçirilən daha bir ictimai tədbirdə təkrar edən ABŞ prezidenti Rusiya rəhbərliyinə minnətdarlığını bildirib.

Maraqlıdır ki, Donald Tramp hər iki tədbirdə jurnalistlərin suallarını cavablandırmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Ukrayna  



Xəbər lenti