DOST şəbəkəsi Üarabağ və Şərqi Zəngəzurda genişləndirilir

   DOST şəbəkəsi Üarabağ və Şərqi Zəngəzurda genişləndirilir
  30 Yanvar 2026    Oxunub:1853
İşğaldan azad edilmiş ərazilərdə DOST şəbəkəsinin fəaliyyəti üçün işlər görülür
AzVision.az xəbər verir ki, bunu DOST Agentliyində 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, son illərdə Şuşada, Tərtərdə filiallar, Kəlbəcərdə, Füzulidə Xidmət məntəqələri, Zəngilanın Ağalı kəndində smart DOST tipli xidmət köşkü istifadəyə verilib:

"Gün ərzində vətəndaşlara 3700-dən çox xidmət göstərmişik. Bir vətəndaşa 11 dəqiqə müddətində xidmət göstəririk. Beynəlxalq səviyyədə bu göstərici 15-17 dəqiqədir. İndiyədək 8, 3 milyon zəng cavablandırılıb. 2025-ci ildə 1, 5 milyon zəngə cavab verilib",- deyə o qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti