Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüşüb

Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüşüb
  30 Yanvar 2026    Oxunub:1665
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliçlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" səhifəsində məlumat verilib:

"İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir".

AzVision.az


Teqlər:



Xəbər lenti