Ankara İranla ABŞ arasında vasitəçi olmağa hazırdır
“Söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, eləcə də regiondakı hərbi gərginlik müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin İran və ABŞ arasında gərginliyi azaldılması və yaranan problemlərin həlli üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb”, - xəbərdə bildirilir.
Bundan əlavə, Ərdoğan yanvarın 30-da Ankarada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçini Ankarada qəbul etmək planları barədə Pezeşkianı məlumatlandırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


