ADY sədri gürcü həmkarı ilə görüşüb

ADY sədri gürcü həmkarı ilə görüşüb
  30 Yanvar 2026    Oxunub:1963
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.
ADY-dən AzVision.az -a verilən məlumata əsasən, görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, yükdaşıma həcmlərinin artırılması, tariflərin və çatdırılma müddətlərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb, “BTKI Railways” MMC ilə “Gürcüstan Dəmir Yolları” SC arasında Marabda–Axalkalaki dəmir yolu infrastrukturundan istifadə və Axalkalaki stansiyasında terminal xidmətlərinin göstərilməsi haqqında yeni müqavilələrin BTQ üzrə yükdaşımaların daha səmərəli icrasına şərait yaradacağı vurğulanıb.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti