Dubayda “Qızıl küçə” salınacaq
“Ithra Dubai” şirkəti şəhərin dünyanın aparıcı qızıl və zərgərlik ticarəti mərkəzlərindən biri kimi statusunu gücləndirmək üçün xüsusi olaraq hazırlanmış Dubay Qızıl Zonasını rəsmi şəkildə təqdim edib”, – bəyanatda deyilir.
Bəyanatda həmçinin bildirilir ki, vahid ekosistem kimi dizayn edilən küçədə mindən çox pərakəndə satış şirkəti olacaq.
“Dubay Qızıl Zonası bütün qızıl və zərgərlik dəyər zəncirini, o cümlədən pərakəndə zərgərlik, külçə qızıl, topdansatış ticarəti və investisiyanı bir yerdə birləşdirir”, – məlumatda vurğulanır.
BƏƏ-nin “El-Bayan” qəzetində dərc olunan məqalədə ölkənin 2024–2025-ci illər ərzində 53,41 milyard dollar dəyərində qızıl ixrac etdiyi bildirilib.
Nəşr qızıl ticarətində dünyada ikinci yeri tutan BƏƏ-nin əsas ticarət tərəfdaşlarının İsveçrə, Böyük Britaniya, Hindistan, Honq Konq və Türkiyə olduğunu diqqətə çatdırır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Dubay Qızıl-küçə







Vaxtında, Aydın, Lazımlı!


